,

TEC1-12706 Termoelektrik Soyuducu modul

Mövcudluğu: İnvertarda yoxdur

Müqayisə

7,00 AZN

İnvertarda yoxdur

Peltier elementi (başqa adıyla: termoelektirk soyuducu, termoelektrik çevirici, istilik nasosu və s.) ona kənar qida tətbiq etdikdə bir üzündəki istiliyi o biri üzünə daşıyır və nəticədə bir üzü isinir, eyni dərəcədə də o biri üzü soyuyur. Yaranan bu temperatur fərqindən müxtəlif məqsədlər üçün, məsələn kiçik daşınabilən soyuducu düzəltmək olar. Bir maraqlı fakt da odur ki, bu modula qida vermək əvəzinə bir üzünü isidib, digərini soyutduqda isə əks rejimdə, yəni Seebeck effektində işləyir və enerji istehsal edir.

Elektrik xüsusiyyətləri:

  • Soyuducu element modeli: TEC1-12706
  • Giriş gərginliyi: 12V (maks. 16.4V)
  • Giriş cərəyan şiddəti: 6A (maks. 6.4A)
  • İşçi gücü: 60 Vatt (66 dərəcəyə qədər temperatur fərqi)
  • Ölçüləri: 40 x 40 x 3,6 mm
  • Qeyd: modulun isinən üzünə termal pasta ilə soyuducu radiator əlavə etməlisiniz, əks halda modul çox qızıb zədələnə bilər.

Əlavə keçidlər: